Azərbaycanlı gəncin Dünya Skaut Komitəsinə namizədliyi irəli sürülüb

Azərbaycanlı gəncin Dünya Skaut Komitəsinə namizədliyi irəli sürülüb Səsvermənin nəticələri sabah - konfransın üçüncü günündə məlum olacaq
Fərdi
15 Avqust , 2017 18:22
Azərbaycanlı gəncin Dünya Skaut Komitəsinə namizədliyi irəli sürülüb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda 41-ci Dünya Skaut Konfransı öz işini davam etdirir.

"Report" xəbər verir ki, konfransın ikinci günündə Dünya Skaut Komitəsinə namizədlərin təqdimatı olub.

Təqdim olunan 19 namizəddən 12-si səsverməyə qoyularaq 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə üzv seçiləcək.

Namizədlərdən biri Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllıdır. O, komitəyə namizədliyi irəli sürülən iki gənc namizəddən biridir. Səsvermənin nəticələri sabah - konfransın üçüncü günündə məlum olacaq.

Son xəbərlər

Orphus sistemi