Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanlı beynəlxalq qrosmmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib. Seans "Report"un informasiya dəstəyi, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə keçirilən Media Kuboku turnirində baş tutub.
15 dəqiqəlik zaman kəsimində 8 nəfərə qarşı oynayan 27 yaşlı şahmatçı onlardan 7-ni məğlub edib. Yalnız turnirin qalibi Ceyhun Əliyev onunla heç-heçə edə bilib. Bununla da R.Məmmədov sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək Dünya Kuboku öncəsi hazırlıq səviyyəsini ortaya qoyub.
Qeyd edək ki, Rauf Məmmədov həm də final görüşü öncəsi ilk gedişi edib.