Yuxarı

Azərbaycanlı beynəlxalq qrossmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib - FOTO

O, 8 jurnalistdən 7-ni məğlub edib

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanlı beynəlxalq qrosmmeyster Rauf Məmmədov jurnalistlər üçün seans verib. Seans "Report"un informasiya dəstəyi, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə keçirilən Media Kuboku turnirində baş tutub. 

15 dəqiqəlik zaman kəsimində 8 nəfərə qarşı oynayan 27 yaşlı şahmatçı onlardan 7-ni məğlub edib. Yalnız turnirin qalibi Ceyhun Əliyev onunla heç-heçə edə bilib. Bununla da R.Məmmədov sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək Dünya Kuboku öncəsi hazırlıq səviyyəsini ortaya qoyub. 

Qeyd edək ki, Rauf Məmmədov həm də final görüşü öncəsi ilk gedişi edib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi