​Azərbaycanın daha 2 taekvondoçusu olimpiadaya lisenziya qazanıb

​Azərbaycanın daha 2 taekvondoçusu olimpiadaya lisenziya qazanıb Bununla da, taekvondo yığmamız Rio-2016-da tam tərkibdə təmsil olunmaq hüququ qazanıb
Fərdi
17 Yanvar , 2016 21:44
​Azərbaycanın daha 2 taekvondoçusu olimpiadaya lisenziya qazanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın daha 2 taekvondoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Report"un məlumatına görə, bu uğura Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.

Hər iki taekvondoçu finala yüksəlməklə lisenziyanı təmin edib. Amma bununla da kifayətlənməyən Abakarova və Harçeqani son rəqiblərini də yenərək, qızıl medala yiyələnib.

Beləliklə, Azərbaycan taekvondo yığması Rio-2016-da tam tərkibdə - 4 idmançı ilə təmsil olunmaq hüququ qazanıb. Daha öncə Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) da bu vəzifənin öhdəsindən gəlib.

Qeyd edək ki, Patimat Abakarova və Milad Beigi Harçeqani Azərbaycanın qarşıdakı olimpiadaya qazandığı lisenziya sayını 32-yə çatdırıb.

Son xəbərlər

Orphus sistemi