Yuxarı

Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

Paşam Əlizadə birinci dərəcə normasını yığıb

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan şahmat tarixində ilk dəfə 5 yaşlı uşaq yeni rekord təyin edib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, idarə tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb. 

P.Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb. “Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib. 

Qeyd edək ki, Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi