Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib Paşam Əlizadə birinci dərəcə normasını yığıb
Fərdi
12 İyun , 2017 13:57
Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan şahmat tarixində ilk dəfə 5 yaşlı uşaq yeni rekord təyin edib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, idarə tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb. 

P.Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb. “Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib. 

Qeyd edək ki, Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi