Azərbaycanın 2 samboçusu dünya çempionu olub

Azərbaycanın 2 samboçusu dünya çempionu olub Latviyada keçirilmiş nüfuzlu yarışda 6 medal qazanılıb
Fərdi
13 Oktyabr , 2015 15:43
Azərbaycanın 2 samboçusu dünya çempionu olub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandası Latviyanın paytaxtı Riqada keçirilmiş dünya çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. "Report"un məlumatına görə, medallardan 4-ü yeniyetmələrin mübarizəsində əldə olunub.

56 kq çəki dərəcəsində yarışan Nəriman Əhmədov Rusiyanı təmsil edən milliyyətcə erməni Vladimir Mnatsakanyanı finalda məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Dünyamalıyev (52 kq) gümüş, Əliş Yusifov (48 kq) və Aslan Mirzəyev (87 kq) bürünc medala yiyələnib.

Gənclərin yarışında isə İlkin Babazadə (60 kq) qızıl, Əmrah Bayramov (57 kq) gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan samboçuları dünya çempionatında Yaqub Abdullayevin rəhbərliyi altında döyüşüb. 

Son xəbərlər

Orphus sistemi