​Azərbaycanı dünya çempionatında Nazim Babayev təmsil edəcək

​Azərbaycanı dünya çempionatında Nazim Babayev təmsil edəcək Yarışlar "Oregon Convention Center"də olacaq
Fərdi
16 Mart , 2016 18:07
​Azərbaycanı dünya çempionatında Nazim Babayev təmsil edəcək

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Portlend şəhərində keçiriləcək qapalı məkanda atletika üzrə dünya çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək. "Report"un Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazim Babayev uzununa tullanma növündə mübarizə aparacaq. 

Yarışlar "Oregon Convention Center"də təşkil olunacaq.

Qeyd edək ki, Nazim Babayev "Bakı 2015" I Avropa Oyunlarında qızıl medalın sahibi, gənclər arasında Avropa çempionatının qalibi və rekordçusudur. O, sonuncu dəfə Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən Balkan çempionatından gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi