Yuxarı

​Azərbaycanı dünya çempionatında Nazim Babayev təmsil edəcək

Yarışlar Oregon Convention Centerdə olacaq

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Portlend şəhərində keçiriləcək qapalı məkanda atletika üzrə dünya çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək. "Report"un Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazim Babayev uzununa tullanma növündə mübarizə aparacaq. 

Yarışlar "Oregon Convention Center"də təşkil olunacaq.

Qeyd edək ki, Nazim Babayev "Bakı 2015" I Avropa Oyunlarında qızıl medalın sahibi, gənclər arasında Avropa çempionatının qalibi və rekordçusudur. O, sonuncu dəfə Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən Balkan çempionatından gümüş medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi