Azərbaycan və Liviyanın MOK-ları arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və Liviyanın MOK-ları arasında Anlaşma Memorandumu imzalanacaq Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinın vitse-prezidenti Çingiz Hüseynzadə ilə Liviya Milli Olimpiya Komitəsinin baş katibi Xaled Ezankuli arasında görüş keçirilib.
Fərdi
25 İyul , 2018 16:32
Azərbaycan və Liviyanın MOK-ları arasında Anlaşma Memorandumu imzalanacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinın vitse-prezidenti Çingiz Hüseynzadə ilə Liviya Milli Olimpiya Komitəsinin baş katibi Xaled Ezankuli arasında görüş keçirilib.

“Report” xəbər verir ki, görüş Bakı Tennis Akademyasında, 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatı çərçivəsində baş tutub.

Tərəflər arasında hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili, müxtəlif tədbirlərin keçrilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Liviya MOK-unun baş katibi bu əməkdaşlığı daha ətraflı müzakirə etmək üçün Ç.Hüseynzadəni Liviyaya dəvət edib. Görüşün sonunda hər iki rəsmilər əməkdaşlığı həyata keçirmək üçün Liviyada Anlaşma Memorandumu imzalayacaqlarını təsdiq ediblər. 

Son xəbərlər

Orphus sistemi