Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinın vitse-prezidenti Çingiz Hüseynzadə ilə Liviya Milli Olimpiya Komitəsinin baş katibi Xaled Ezankuli arasında görüş keçirilib.
“Report” xəbər verir ki, görüş Bakı Tennis Akademyasında, 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatı çərçivəsində baş tutub.
Tərəflər arasında hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili, müxtəlif tədbirlərin keçrilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Liviya MOK-unun baş katibi bu əməkdaşlığı daha ətraflı müzakirə etmək üçün Ç.Hüseynzadəni Liviyaya dəvət edib. Görüşün sonunda hər iki rəsmilər əməkdaşlığı həyata keçirmək üçün Liviyada Anlaşma Memorandumu imzalayacaqlarını təsdiq ediblər.