Azərbaycan təmsilçiləri ən yaxşı baş məşqçi seçimində yanılıblar

Azərbaycan təmsilçiləri ən yaxşı baş məşqçi seçimində yanılıblar Azərbaycan təmsilçilərinin səslərini ünvanladıqları şəxslərin adları müəyyənləşib
Fərdi
10 Yanvar , 2017 00:11
Azərbaycan təmsilçiləri ən yaxşı baş məşqçi seçimində yanılıblar

Bakı. 10 yanvar. REPORT.AZ/ Dünyanın ən yaxşı baş məşqçisi seçimində Azərbaycan təmsilçilərinin səslərini ünvanladıqları şəxslərin adları müəyyənləşib.

"Report"un məlumatına görə, kapitan Rəşad Sadıqov və yığmanın baş məşqçisi Robert Prosineçkinin seçimi üst-üstə düşüb.

Onlar bu ada Fernandu Santuşu (Portuqaliya) layiq görüblər. Sadıqov Zinəddin Zidanı ("Real Madrid", İspaniya) ikinci, Yurgen Kloppu ("Liverpul", İngiltərə) üçüncü göstərib. Prosineçki isə ikinci yeri Luis Enrikeyə ("Barselona", İspaniya), üçüncü yeri isə Xosep Qvardiolaya ("Mançester Siti", İngiltərə) verib. Amma onların seçimləri doğru çıxmayıb. Qalib adını Klaudio Ranyeri ("Lester", İngiltərə) qazanıb.

Albaniyanı səsvermədə kapitan kimi təmsil edən "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də seçimində yanılıb. O, ilk "3-lük"də Zinəddin Zidan, Dieqo Simeone ("Atletiko", İspaniya) və Fernandu Santuşu (Portuqaliya) göstərib.

Qeyd edək ki, kişi baş məşqçi seçimində Azərbaycanı media nümayəndəsi təmsil etməyib. Qadın baş məşqçi seçiminə isə media nümayəndəsi qismində Lalə Dəmirova qatılıb. O, Silviya Nayd, Osvaldo Vadao və Pia Sundheyci ilk 3-lüyə layiq sayıb. Qalib adını da məhz Nayd qazanıb.

Son xəbərlər

Orphus sistemi