Azərbaycan taekvondoçusu Rio-2016-nın 1/2 finalında məğlub olub

Azərbaycan taekvondoçusu Rio-2016-nın 1/2 finalında məğlub olub Milad Beigi Harçeqani bürünc medal uğrunda mübarizə aparacaq
Fərdi
20 Avqust , 2016 00:26
Azərbaycan taekvondoçusu Rio-2016-nın 1/2 finalında məğlub olub

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 80 kq. çəki dərəcəsində çıxış edən iranlı legionerin rəqibi Muhammad Lutalo olub.

İlk yarıda tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Lukalo 5, Harçeqani 1 xal qazanıb. Son raudda isə böyük britaniyalı taekvondoçu 7, Azərbaycan təmsilçisi 6 xal qazanıb. Beləliklə, Lutalo 12:7 hesablı qələbə ilə finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi