Yuxarı

Azərbaycan taekvondoçusu "Rio-2016"da 1/4 final mərhələsinə yüksəlib

Onun rəqibi iranlı Mehdi Xodabəxşi olacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirib. 

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən iranlı legioner 1/8 finalda Malidən olan İsmael Kulibali ilə üz-üzə gəlib.

İlk yarıda Harçeqani rəqibin başına zərbə endirərək hesabı 4:0-a çatdırıb. Hakimlər tərəflərə xəbərdarlıq da ediblər. 

İkinci hissədə Azərbaycan taekvondoçusu daha 7 xal qazanıb, rəqibi isə 4 xalla kifayətlənib. Üçüncü hissədə tərəflər hərəyə 2 xal qazanıblar. Nəticədə 13:6 hesabı ilə qalib gələn Harçeqani 1/4 finalda iranlı Mehdi Xodabəxşi ilə üz-üzə gələcək. Qarşılaşma saat 22:45-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi