"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olundu - RƏSMİ

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olundu - RƏSMİ Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 üzrə Azərbaycan Qran-prisi ləğv olunur.
Fərdi
12 İyun , 2020 12:04
Formula 1 üzrə Azərbaycan Qran-prisi ləğv olundu - RƏSMİ

"Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunur".

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir. 

"Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli "Formula 1" azarkeşlərinin, həmçinin "Formula 1" əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq", - deyə bəyanatda vurğulanıb.

BŞH onu da qeyd edib ki, bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər: https://bit.ly/3gIwDPg

Hər hansı bir sual yarandıqda isə BŞH komandası kömək etməyə hazır olduğunu bəyan edib: "2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!"

Həmçinin bildirilib ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda Qran-prinin keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürülür.

Qeyd edək ki, bu gün Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub. 

Son xəbərlər

Orphus sistemi