Yuxarı

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq karate turniri başa çatıb

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubun

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başa çatıb.

Azərbaycan Milli Karate Federasiyasının media və ictimaiyyətlə işlər üzrə katibi Sənan Məhərrəmovun "Report"a verdiyi məlumata görə, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və Azərbaycanı təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış ediblər. Yekun nəticəyə əsasən "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan "Pashayev" (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi