Yuxarı

Azərbaycanın qrup hərəkətləri komandası “Tokio 2020”yə lisenziya qazanıb

​Azərbaycan komandası “Tokio 2020”yə lisenziya qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının təsnifat yarışlarına yekun vurulub.

"Report"un məlumatına görə, iki proqramın yekununda 53,100 xal toplayan Azərbaycan komandası çoxnövçülük yarışında səkkizinci olub. 

Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanıb. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Yaponiya millisi ev sahibi olaraq Olimpiadada iştirak edəcək. Hər dörd komanda ilk beşlikdə yer aldığı üçün millimiz “Tokio 2020”yə vəsiqəni təmin edib.

Altmış bir ölkədən 300-dən artıq gimnastın çıxış etdiyi çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi