Azərbaycan idmançısının iştirak edəcəyi Avropa çempionatı təxirə salındı

Azərbaycan idmançısının iştirak edəcəyi Avropa çempionatı təxirə salındı Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb.
Fərdi
21 Mart , 2020 11:52
Azərbaycan idmançısının iştirak edəcəyi Avropa çempionatı təxirə salındı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb. 

Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səbəb koronavirusa görə yarışın qeyri-müəyyən vaxta təxirə salınmasıdır. 

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı 21 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası Danimarkadakı komandalararası dünya çempionatını və bir neçə turniri təxirə salıb. 

Son xəbərlər

Orphus sistemi