Azərbaycan güləşçiləri Qızıl Qran Pridə 4 medal qazanıblar

Azərbaycan güləşçiləri Qızıl Qran Pridə 4 medal qazanıblar Yığma üzvlərindən 3-ü finalda gürcülərlə qarşılaşıb
Fərdi
12 İyun , 2017 12:06
Azərbaycan güləşçiləri Qızıl Qran Pridə 4 medal qazanıblar

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turnirində 4 medal qazanıblar.

"Report"un məlumatına görə, medallardan 2-si qızıl, 1-i gümüş, 1-i bürünc əyarlı olub. Qalib Əliyev (61 kq) və Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçi finalda yerli pəhləvanlarla qarşılaşıb.

Bürünc medalı isə 70 kq çəkidə yarışan Coşqun Əzimov əldə edib. Həlledici görüşdə o, komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Son xəbərlər

Orphus sistemi