Yuxarı

Azərbaycanın daha bir cüdoçusu Qran-Pridə gümüş medal qazanıb - FOTO

Azərbaycan cüdoçusu Daşkənd "Qran-Pri"sində 2-ci yeri tutub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Qran-Pri" turniri başa çatıb.

"Report"un məlumatına görə, yarışın son günündə Azərbaycan millisi daha bir medal qazanıb.

Kişilərin mübarizəsində 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançı gümüş medala layiq görülüb.

Xatırladaq ki, bu Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldır. Yarışın ilk günü qadın cüdoçu Leylа Əliyevа "Qran-Pri"də 2-ci yeri tutub. Özbəkistanda dünyanın 70 ölkəsindən 421 cüdoçu qüvvəsini sınayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi