Azərbaycanın daha bir cüdoçusu Qran-Pridə gümüş medal qazanıb - FOTO

Azərbaycanın daha bir cüdoçusu Qran-Pridə gümüş medal qazanıb - FOTO Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Fərdi
22 Sentyabr , 2019 18:21
Azərbaycanın daha bir cüdoçusu Qran-Pridə gümüş medal qazanıb - FOTO

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Qran-Pri" turniri başa çatıb.

"Report"un məlumatına görə, yarışın son günündə Azərbaycan millisi daha bir medal qazanıb.

Kişilərin mübarizəsində 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançı gümüş medala layiq görülüb.

Xatırladaq ki, bu Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldır. Yarışın ilk günü qadın cüdoçu Leylа Əliyevа "Qran-Pri"də 2-ci yeri tutub. Özbəkistanda dünyanın 70 ölkəsindən 421 cüdoçu qüvvəsini sınayıb.

Son xəbərlər

Orphus sistemi