Yuxarı

Azərbaycan "Böyük Dəbilqə" turnirində ilk qızıl medalını qazanıb

Rüfət İsmayılov həlledici görüşdə iranlı rəqibinə qalib gəlib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində ilk qızıl medalını qazanıb.

“Report”un məlumatına görə, 81 kq. çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov həlledici görüşdə iranlı Afiq Səfərli Səid Mollayiyə qalib gəlib.

O, ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yapoiya) qalib gələrək, finala vəsiqə qazanıb.

Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi