Azərbaycan "Böyük Dəbilqə" turnirində ilk qızıl medalını qazanıb

Azərbaycan "Böyük Dəbilqə" turnirində ilk qızıl medalını qazanıb Rüfət İsmayılov həlledici görüşdə iranlı rəqibinə qalib gəlib
Fərdi
11 Mart , 2017 19:25
Azərbaycan Böyük Dəbilqə turnirində ilk qızıl medalını qazanıb

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində ilk qızıl medalını qazanıb.

“Report”un məlumatına görə, 81 kq. çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov həlledici görüşdə iranlı Afiq Səfərli Səid Mollayiyə qalib gəlib.

O, ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yapoiya) qalib gələrək, finala vəsiqə qazanıb.

Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik edib.

Son xəbərlər

Orphus sistemi