Azərbaycan boksçusu Avropa çempionatına 1/8 final mərhələsindən başlayacaq

Azərbaycan boksçusu Avropa çempionatına 1/8 final mərhələsindən başlayacaq Bakı. 6 iyun. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb.
Fərdi
6 İyun , 2018 12:58
Azərbaycan boksçusu Avropa çempionatına 1/8 final mərhələsindən başlayacaq
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. 

"Report"un məlumatına görə, yarışda Azərbaycanı Məryəm Cəbrayılova təmsil edir. 

69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçu ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançı 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 12-si başa çatacaq. Turnirdə 32 ölkənin 146 boksçusu mübarizə aparır. 

Son xəbərlər

Orphus sistemi