Yuxarı

Azərbaycan atletləri I Uludağ ultramarafonunda iştirak ediblər

Yarışa 12 ölkədən 600-ə yaxın marafonçu qatılıb

Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində I Uludağ ultramarafonu keçirilib.

“Report”un məlumatına görə, 12 ölkədən 600-ə yaxın atletin qatılıdığı yarışda Azərbaycanı Elşən Quliyev və Nərmin Quliyeva təmsil ediblər.

Zeynilər məhəlləsindən start götürən marafon 10 km, 25 km, 50.5 km və 77 km üzrə təşkil olunub. “Baku Marafon Club”un üzvləri E.Quliyev 50.5 km, Nərmin Quliyeva isə 25 km məsafəni əhatə edən yarışda mübarizə aparıblar. Onlar təyin olunan müddətdə finiş xəttini keçdikləri üçün xüsusi medala layiq görülüblər.

Marafon Qurbağa qaya məntəqəsində bitib. E.Quliyev Azərbaycan bayrağını Uludağın ən yüksək zirvəsində Türkiyə bayrağı ilə yanaşı sancıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi