Yuxarı

Azərbaycan atleti olimpiadaya lisenziya qazanıb

O, Avropa çempionatında bürünc medal qazanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan atleti Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. 

"Report"un məlumatına görə, Məmmədov buna Macarıstanın Györ şəhərində keçirilən Avropa çempionatında nail olub. O, üç təkanla tullanma növündə 15,16 m nəticə göstərərək, çempionatın bürünc medalına layiq görülüb. Bu nəticə azərbaycanlı atletin ən yaxşı şəxsi nəticəsi olmaqla yanaşı, ona olimpiadaya vəsiqə qazandırıb. Mükafatlandırma mərasimi iyulun 11-də Bakı vaxtı ilə saat 19:50-da olacaq. 

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi