Atçılıq üzrə “100 illik Yubiley Kuboku” turnirinin qalibi müəyyənləşib

Atçılıq üzrə “100 illik Yubiley Kuboku” turnirinin qalibi müəyyənləşib Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib.
Fərdi
9 İyun , 2018 15:49
Atçılıq üzrə “100 illik Yubiley Kuboku” turnirinin qalibi müəyyənləşib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib.

“Report” xəbər verir ki, Milli Atçılıq Festivalı çərçivəsində Bakı Dövlət Cıdır meydanında Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin final mərhələsində “Polad Çövkən” “Buta Golden”i 2:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

“Sərhədçi” isə “Omar Çövkən”i 4:0 hesabı ilə üstələyərək birinci yeri tutub.

Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.

Xatırladaq ki, Milli Atçılıq Festivalına iyunun 15-17-də Azərbaycan, Almaniya, İrlan­diya və Hindistan təmsilçisi klubların iştirakı ilə artıq 6-cı dəfə keçiriliəcək Arena Polo üzrə Dünya Kuboku yarışları ilə yekun vurulacaq. Üç gün davam edəcək turnirdə, ümumilikdə, 6 oyun keçiriləcək.. Yarışda Azərbaycanı milli polo komandasının idmançılarından ibarət “Elite Horse&Polo Club” təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi