AMADA-nın direktoru: "WADA və Avropolun əməliyyat apardığı 33 ölkə arasında Azərbaycan yoxdur"

AMADA-nın direktoru: "WADA və Avropolun əməliyyat apardığı 33 ölkə arasında Azərbaycan yoxdur" Beynəlxalq Olimpiya Komitəsi (IOC) Ümumdünya Antidopinq Agentliyinin (WADA) və Avropolun müştərək antidopinq əməliyyatını dəstəkləyib.
Fərdi
9 İyul , 2019 14:27
AMADA-nın direktoru: WADA və Avropolun əməliyyat apardığı 33 ölkə arasında Azərbaycan yoxdur

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Ümumdünya Antidopinq Agentliyinin (WADA) və Avropolun müştərək antidopinq əməliyyatını dəstəkləyib.

“Report” IOC-un rəsmi saytına istinadən xəbər verir ki, Avropada saxta dərman və dopinq preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 17 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Proses, ümumilikdə, 33 ölkəni əhatə edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli “Report”a bildirib ki, sözügedən dövlətlər arasında Azərbaycan yoxdur. Onun sözlərinə görə, hazırda ölkədə dopinq preparatlarının qanunsuz dövriyyəsi ilə, əsasən, bəzi fitnes mərkəzləri məşğul olur: "Həmin vasitələr bədəndə piy həcminin azaldılması və əzələ kütləsinin çoxaldılmasına xidmət edir. Bunlar cinsi zəifliyə, ürək-damar sistemində problemlərə və sonsuzluğa gətirib çıxarır". 

Ş.Hüseynli bu cür halların qarşısının alınması üçün əlaqədar qurumlara müraciət etdiklərini və araşdırmaların nəticəsini gözlədiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi