"Alibaba" 2028-ci ilə qədər Olimpiya Oyunlarının sponsoru olacaq

"Alibaba" 2028-ci ilə qədər Olimpiya Oyunlarının sponsoru olacaq Beynəlxalq Olimpiya Komitəsi ilə müvafiq saziş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində imzalanıb
Fərdi
19 Yanvar , 2017 18:00
Alibaba 2028-ci ilə qədər Olimpiya Oyunlarının sponsoru olacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Çinin internet-ticarət sahəsində fəaliyyət göstərən "Alibaba" şirkəti 2028-ci ilə qədər, başqa sözlə, növbəti altı Olimpiya Oyunlarının rəsmi sponsoru olacaq.

"Report" RBK-ya istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə müvafiq saziş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində imzalanıb.

"Financial Times" nəşrinin yazdığına görə, "Alibaba" şirkəti "Coca-Cola", "McDonald`s", "Visa" və s. şirkətlərlə yanaşı, olimpiadanın əsas sponsorları sırasına daxil olacaq. Müqavilənin şərtlərinə əsasən, "Alibaba" eyni zamanda yarış təşkilatçılarına texnoloji dəstək göstərəcək, internetdə axın kanalı yaradacaq, eləcə də onu Çin tamaşaçıları üçün uyğunlaşdıracaq.

Müqavilənin maliyyə detalları açıqlanır, lakin əvvəlki sponsorluq müqavilələrinin təhlili sövdələşmənin yüz milyonlarla dollar məbləğində olduğunu göstərir.

Qeyd edək ki, qarşıdakı Qış Olimpiya Oyunları 2018-ci ildə Koreya Respublikasının Pxençxan şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi