Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək" Belarus prezidenti MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəni qəbul edib
Fərdi
21 Oktyabr , 2016 14:08
Aleksandr Lukaşenko: Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq." 

"Report"un "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib. 

A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi