Yuxarı
    Bağlamaq

    Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

    Belarus prezidenti MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəni qəbul edib

    Bakı. 21 oktyabr. REPORT.AZ/ "Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq." 

    "Report"un "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib. 

    A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

    Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi