Akula hücumuna məruz qalan dünya çempionu məşqlərini bərpa edib - VİDEO

Akula hücumuna məruz qalan dünya çempionu məşqlərini bərpa edib - VİDEO Sörfinqçi Maykl Fenninq özünü yaxşı hiss edir
Fərdi
25 İyul , 2015 15:29
Akula hücumuna məruz qalan dünya çempionu məşqlərini bərpa edib - VİDEO

Bakı. 25 iyul. REPORT.AZ/ Sörfinq üzrə 3 qat dünya çempionu Maykl Fenninq akula hücumuna məruz qaldıqdan 6 gün sonra suya qayıdıb. "Report"un məlumatına görə, bu barədə M.Fenninqin özü şəxsi "twitter" hesabından yazıb. 

"Qayıdışımdan sonra ilk məşqim. Özümü yaxşı hiss edirəm" - deyə 34 yaşlı idmançı bildirib. 

Qeyd edək ki, Maykl Fenninq Cənubi Afrika Respublikasında keçirilmiş turnir zamanı akula hücumuna məruz qalıb. Vəhşi heyvan ona arxadan hücum edib. Avstraliyalı idmançı yardım gələnədək qurtula bilib. 

Son xəbərlər

Orphus sistemi