Yuxarı

Akula hücumuna məruz qalan dünya çempionu məşqlərini bərpa edib - VİDEO

Sörfinqçi Maykl Fenninq özünü yaxşı hiss edir

Bakı. 25 iyul. REPORT.AZ/ Sörfinq üzrə 3 qat dünya çempionu Maykl Fenninq akula hücumuna məruz qaldıqdan 6 gün sonra suya qayıdıb. "Report"un məlumatına görə, bu barədə M.Fenninqin özü şəxsi "twitter" hesabından yazıb. 

"Qayıdışımdan sonra ilk məşqim. Özümü yaxşı hiss edirəm" - deyə 34 yaşlı idmançı bildirib. 

Qeyd edək ki, Maykl Fenninq Cənubi Afrika Respublikasında keçirilmiş turnir zamanı akula hücumuna məruz qalıb. Vəhşi heyvan ona arxadan hücum edib. Avstraliyalı idmançı yardım gələnədək qurtula bilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi