Yuxarı

Ağır atlet Ömər Cavadov dünya birinciliyində bürünc medal qazanıb

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.

"Report"un məlumatına görə, 50 ölkənin 200-dən çox atletinin mübarizə apardığı yarışda Azərbaycan milli komandası da iştirak edir.

İlk yarış günündə onlardan ilk olaraq körpücük üzərinə Ömər Cavadov çıxıb. 55 kq çəki dərəcəsində qüvvəsini sınayan atlet birdən qaldırma hərəkətində hər üç yanaşmasında 96 kq nəticə göstərib. Nəticədə Cavadov bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilmiş mundialda 94 kq-dan yuxarı çəki dərəcəsində Azər Məmmədli medalçılar sırasına düşüb.

Cavadov təkanla qaldırma hərəkətində isə 115 kq-ı başı üzərinə qaldırıb və 9-cu yeri tutub. Toplam 211 kq (96 kq + 115 kq) nəticə göstərən azərbaycanlı atlet yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi