Doqquzqat olimpiya çempionu federasiyada işləmək istəyir

Doqquzqat olimpiya çempionu federasiyada işləmək istəyir İAAF prezidenti də Useyn Boltun xidmətində maraqlıdır
Fərdi
23 Noyabr , 2016 14:10
Doqquzqat olimpiya çempionu federasiyada işləmək istəyir

Bakı. 23 noyabr. REPORT.AZ/ Yüngül atletika üzrə 9 qat olimpiya çempionu Useyn Bolt gələcək planları ilə bağlı danışıb. 

"Report"un məlumatına görə, yamaykalı atlet "Bild" nəşrinə müsahibəsində idmançı karyerasını başa vurduqdan sonra Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasında (İAAF) çalışmaq istədiyini deyib. O, idmana kömək etməyin gərəkliyini vurğulayıb: "Hazırda idmanda özümü necə motivasiya edəcəyimi bilmirəm. Kiməsə nəsə sübut etmək üçün heç bir stimulum yoxdur".

İAAF-ın prezidenti Sebastyan Kou isə bir müddət əvvəl məsələ ilə bağlı danışıb: "Onun köməyindən istifadə etmək mənim xoşuma gələr. İstəyirəm ki, Bolt karyerasını bitirdikdən sonra da idmanda qalsın".

Qeyd edək ki, Useyn Bolt "Pekin-2008", "London-2012" və "Rio-2016" Yay Olimpiya Oyunlarında ümumilikdə 9 qızıl medal qazanıb. Üstəlik, o, 100 metr (9.58 saniyə) və 200 metr (19.19 saniyə) məsafəyə qaçışda dünya rekordlarının sahibidir. Atlet bununla yanaşı, 4x100 metr məsafəyə qaçışda da rekord müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi