3 qat paralimpiya çempionu 35 yaşında dünyasını dəyişib

3 qat paralimpiya çempionu 35 yaşında dünyasını dəyişib Taras Krıjanovskinin ölüm səbəbi bilinmir
Fərdi
27 Mart , 2015 16:57
3 qat paralimpiya çempionu 35 yaşında dünyasını dəyişib

Bakı. 27 mart. REPORT.AZ/ Xizək yarışları üzrə rusiyalı 3 qat paralimpiya çempionu Taras Krıjanovski 35 yaşında dünyasını dəyişib. "Report"un məlumatına görə, bu barədə Rusiya Paralimpiya Komitəsi başsağlığı mətni yayıb.

Tanınmış idmançının ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Taras Krıjanovski 2002 və 2006-cı il Qış Paralimpiya Oyunlarında əlil xizəkçilərin mübarizəsində 3 qızıl medal qazanıb və dəfələrlə dünya çempionu və mükafatçısı olub. O, II dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif edilib, 2006-cı il Turin Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Rusiya yığmasının bayraqdarı olub, 2014-cü il Soçi Qış Paralimpiya Oyunları zamanı isə məşəli daşıyıb. 

Son xəbərlər

Orphus sistemi