Yuxarı

3 qat paralimpiya çempionu 35 yaşında dünyasını dəyişib

Taras Krıjanovskinin ölüm səbəbi bilinmir

Bakı. 27 mart. REPORT.AZ/ Xizək yarışları üzrə rusiyalı 3 qat paralimpiya çempionu Taras Krıjanovski 35 yaşında dünyasını dəyişib. "Report"un məlumatına görə, bu barədə Rusiya Paralimpiya Komitəsi başsağlığı mətni yayıb.

Tanınmış idmançının ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Taras Krıjanovski 2002 və 2006-cı il Qış Paralimpiya Oyunlarında əlil xizəkçilərin mübarizəsində 3 qızıl medal qazanıb və dəfələrlə dünya çempionu və mükafatçısı olub. O, II dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif edilib, 2006-cı il Turin Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Rusiya yığmasının bayraqdarı olub, 2014-cü il Soçi Qış Paralimpiya Oyunları zamanı isə məşəli daşıyıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi