Yuxarı

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının təşkil olunacağı şəhərlər bu gün rəsmən açıqlanacaq

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının təşkil olunacağı şəhərlər bu gün rəsmən açıqlanacaq

Olimpiadalara Parislə Los-Anceles ev sahibliyi edəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Perunun paytaxtı Limada Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 131-ci Sessiyası işə başlayıb. "Report"un məlumatına görə, iclasın gündəliyindəki əsas məsələ 2024 və 2028-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlərin müəyyənləşdirilməsidir.

Bir müddət əvvəl keçirilmiş İOC-un Növbədənkənar Sessiyasında həmin olimpiadalara müvafiq olaraq, Paris (Fransa) və Los-Ancelesin (ABŞ) ev sahibliyi etmələri qərara alınıb. Bu addım ali qurumun iki ciddi namizəddən heç birini itirməmək arzusu, habelə, bu şəhərlərin əlverişli Sifariş Ərizələri təqdim etmələri ilə əlaqələndirilib.

Tarixi qərar bu gün İOC, Paris-2024 və Los-Anceles-2028 Sifariş Ərizəsi komitələri arasında üçtərəfli müqavilə bağlanıldıqdan sonra açıqlanacaq. Anlaşma Bakı vaxtı ilə saat 22:00-da ratifikasiya olunacaq.

Qeyd edək ki, İOC-un 131-ci Sessiyası sentyabrın 16-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi