Yuxarı

​Yeni Biləcəri massivində içməli su problemi olacaq

Yaranacaq narahatlıqla əlaqədar Azərsu abonentlərdən üzr istəyir

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fasilə yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi