Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fasilə yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.