Yuxarı
    Bağlamaq

    ​Vladimir Yakunin: "Sanksiyaların ləvği Şimal-Cənub dəhlizinin tikintisini asanlaşdıracaq"

    Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması 170 km-lik Rəşt-Astara xəttinin tikintisini nəzərdə tutur

    Bakı. 15 iyul. REPORT.AZ/ İrana qarşı sanksiyaların aradan qaldırılması "Rusiya Dəmir Yolları" ASC-nin ölkədə işini asanlaşdıracaq. "Report"un "İTAR-Tass"a istinadən verdiyi xəbərə görə, bunu şirkətin prezidenti Vladimir Yakunin danışıb.

    "Ümid edirəm ki, bu, vəziyyəti yaxşılaşdıracaq. Bütün bu zaman ərzində biz İranla işləmişik. Bilirsiniz ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması uzunluğu 170 km olan Rəşt-Astara xəttinin tikintisini nəzərdə tutur. Layihənin məqsədi bu dəhlizin quru yollarının birləşdirməsindən ibarətdir ki, bu da Transxəzər multimodal marşrutunun iqtisadi səmərəliliyinin yüksəlməsinə imkan verəcək", - deyə V.Yakunin qeyd edib.

    Əsasən nəzərdə tutulub ki, Rəşt-Astara (İran) xətti Rusiya və İranın iştirakı ilə, Astara (İran) - Astara (Azərbaycan) isə Rusiya, İran və Azərbaycanın iştirakı ilə tikiləcək.

    İlkin hesablamalara görə, Qəzvin-Rəşt- Astara (İran) - Astara (Azərbaycan) xəttinin tikintisinə tələb olunan investisiyanın ümumi həcmi təxminən 400 mln. dollar təşkil edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əmtəə bazarı ildə 25-26 mln. ton səviyyəsində qiymətləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi