Yuxarı
    Bağlamaq

    ​"VİM-Avia" şirkəti Moskva-Bakı-Moskva reysini artıq ikinci dəfə təxirə salıb

    VİM-Avia: Uçuşlar aviaşirkətin daxili problemləri, əməliyyat ehtiyacları səbəbindən təxirə salınıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün saat 12:00-da Bakı aeroportuna gəlməsi gözlənilən Moskva-Bakı və eyni laynerlə həyata keçirilməsi planlaşdırılan Bakı-Moskva reysi təxirə salınıb.

    Moskva şəhərinin Domodedovo aeroportundan bu reysi yerinə yetirən Rusiyanın "VİM-Avia" şirkətinin baş ofisindən "Report"a verilən məlumata görə, uçuşlar aviaşirkətin daxili problemləri, əməliyyat ehtiyacları səbəbindən təxirə salınıb. Lakin şirkət rəsmiləri bunun detallarını açıqlamayıb.

    Qeyd edək ki, bu, "VİM-Avia"nın son bir həftə ərzində təxirə saldığı ikinci reysdir. Belə ki, yanvarın 12-də aviaşirkətin Moskva-Bakı-Moskva marşrutu ilə həyata keçirdiyi reys də təxirə salınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi