Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib Bakı. 25 dekabr. REPORT.AZ/ “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na dəyişiklik edilib.
İnfrastruktur
25 Dekabr , 2018 03:08
Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır) “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəzlənib.

Daha əvvəl Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

Son xəbərlər

Orphus sistemi