Yuxarı
    Bağlamaq

    ​"Turkish Airlines" beynəlxalq reyslərə endirim elan edib

    Sərnişinlər cəmi 109 dollara uçuş biletləri əldə edə bilərlər

    Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyənin "Turkish Airlines" (THY) aviaşirkətinin sərnişinləri fevralın 28-dək Ukrayna, Balkan və Qafqaza bilet almaqla 1 mart - 30 aprel tarixlərində cəmi 109 avroya gediş və dönüş imkanı əldə edə biləcəklər.

    "Report" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.

    THY sərnişinlərə 28 fevraladək İstanbuldan Kiyev, Odessa, Dnepropetrovsk, Xerson və Lvova 109 avro, Belqrad, Kişinyov, Podqoritsa, Sarayevo, Tirana, Skopye və Priştinaya 109 avro, Zaqreb və Lyublyanaya 139 avro, Batumi və Tbilisiyə isə 109 avro dəyərində uçuş biletləri təklif edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi