Yuxarı

"Türk Hava Yolları"nın İdarə Heyətinin sədri Bakıya gəlib

Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib

Bakı. 25 noyabr. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkətinin İdarə Heyətinin sədri Həmdi Topçunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfər edib.

"Report"un verdiyi xəbərə görə, səfər çərçivəsində qonaqlar "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin baş ofisində olublar və AZAL-ın prezidenti Cahangir Əsgərovlə görüşüblər. Görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, Türkiyə ilə Azərbaycan arasında hava nəqliyyatı sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsi məsələsinə də diqqət yetirilib.

Bununla yanaşı, tərəflər gələcəkdə "açıq səma" çərçivəsində əməkdaşlıq imkanları müzakirə edib, habelə hər iki aiaşirkətin texniki heyətinə bu istiqamətdə müzakirələrə başlamaq tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi