“Türk Hava Yolları” Azərbaycan pilotlarına aşağı qiymətə təlim xidməti təklif edir

“Türk Hava Yolları” Azərbaycan pilotlarına aşağı qiymətə təlim xidməti təklif edir İstanbul. 3 may. REPORT.AZ/ Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkəti Azərbaycan pilotlarına münasib qiymətə təlim təşkil etmək istəyir.
İnfrastruktur
3 May , 2018 10:44
“Türk Hava Yolları” Azərbaycan pilotlarına aşağı qiymətə təlim xidməti təklif edir
Report

İstanbul. 3 may. REPORT.AZ/ Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkəti Azərbaycan pilotlarına münasib qiymətə təlim təşkil etmək istəyir.

“Report” bu barədə aviaşirkətin Təlim Mərkəzinə istinadən xəbər verir.

Mərkəzin koordinatoru bildirib ki, onların xidməti Dubayda (BƏƏ) təklif olunan eyni xidmətlə müqayisədə daha ucuzdur. 

“Türk Hava Yolları”nda (THY) təlimçilər daha peşəkardır və qiymətlər də münasibdir. Dubayda simulyatordan 1 saat istifadə etmək 330-400 ABŞ dollarına başa gəlir. Pilotların oteldə 1 gün qalmasının qiyməti isə 150-450 dollar arasındadır. Halbuki Türkiyədə günü 50-70 dollara otellər var. THY-nin otellərlə müqaviləsi olduğu üçün qiymətlər aşağıdır. Həmçinin simulyatorlardan istifadə də ucuzdur. Hazırda 14 ədəd simulyatorumuz var. 2019-cu ildə bu rəqəmin 30-a çatacağı gözlənilir", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi