Transxəzər tranzit dəhlizinə Mərkəzi Asiya ölkələri də qoşulacaq

Transxəzər tranzit dəhlizinə Mərkəzi Asiya ölkələri də qoşulacaq Türkiyənin ABŞ-dakı səfiri layihənin iqtisadi səmərəsindən danışıb
İnfrastruktur
2 May , 2016 14:21
Transxəzər tranzit dəhlizinə Mərkəzi Asiya ölkələri də qoşulacaq

Bakı. 2 may. REPORT.AZ/ "Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Layihəsi"nə gələcək illərdə Türkmənistan, Özbəkistan və Qırğızıstanın da qatılacağı gözlənilir. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bildirib.

"Çinlə Avropa arasında yüklərin tədarük müddəti 45 gündən 15 günə düşəcək. Bu, müasir "İpək yolu" tam gücü ilə işlədikcə Çindən yola çıxan yük qatarı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya tez bir zamanda çatacaq. Gələcək illərdə isə Türkmənistan, Özbəkistan və Qırğızıstanın da layihəyə qatılacağı gözlənilir", - deyə türkiyəli diplomat qeyd edib.

Onun sözlərinə görə, bu dəhliz Asiya ilə Avropa arasında mövcud tranzit dəhlizini 1 500 km qısaldacaq və bu məqsədə nail olmaq üçün ABŞ da daxil olmaqla, bir çox ölkələr birgə işləyəcəklər.

Səfir deyib ki, "Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Layihə"si yekunlaşanda təkcə regional deyil, beynəlxalq iqtisadiyyata və ticarətə də böyük töhfə verəcək: "Bu dəhliz sayəsində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə 110 mln. istehlakçıya xidmət göstərir. Layihə bütün dünya üçün önəmlidir. Bu layihəyə amerikalı şirkətlər də maraq göstərməyə başlayıb".

Son xəbərlər

Orphus sistemi