Yuxarı

​"Tines Capital Group" Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlıq etmək fikrindədir

Polşa şirkəti təklifləri ilə bağlı Azərbaycandan müsbət cavab alacağına ümid edir

Bakı. 22 may. REPORT.AZ/ Polşanın "Tines Capital Group S.A." şirkəti "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlıq etmək niyyətindədir.

Şirkət Azərbaycana LC-L tipli (bir konteynerdən az yük olduqda) dəmir yolu keçidlərini təklif edir.

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan şirkətin şərq bazarları üzrə direktoru Vlodzimej Çerlyunkayeviç açıqlayıb. 

V.Çerlyunkayeviç deyib ki, "Tines Capital Group" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-yə keçidlər üçün kompleks sənədləşmənin hazırlığı, keçid plitələri konstruksiyalarının tədarükü, siqnalizasiya, mərkəzləşdirmə və bloklama vasitələrinin tədarükünü təklif edib. Polşa şirkəti Azərbaycan tərəfindən müsbət cavab alacağına ümid edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi