Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb

Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb Tədbirdə həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub
İnfrastruktur
29 Noyabr , 2017 14:20
Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb
Report

Tbilisi, 29 noyabr, REPORT.AZ/ Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bugünkü müzakirələrdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, onun birinci müavini Dmitri Kumsişvili də iştirak ediblər.

Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Çıxışlarda Cənubi Qafqaz ölkələrinin, xüsusilə də Azərbaycanın, Türkiyənin və Gürcüstanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi qeyd olunub. Eyni zamanda bu üç ölkənin iştirakı ilə reallaşdırılan nəqliyyat layihələri, yaradılan nəqliyyat infrastrukturlar, logistik mərkəzlərin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, iki gün davam edən müzakirələr zamanı Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı, yeni mərkəzlərin yaradılması və s. təkliflər olduqca əhəmiyyətlidir. İştirakçı ölkələr bu təkliflərin reallaşdırılması istiqamətində səmərəli iş aparmalıdırlar.

Müzakirlər zamanı vurğulanıb ki, yeni layihələr həm də geniş investisiya imkanları açır. Beynəlxalq maliyyə qurumları, eləcə də ayrı-ayrı dövlətlər bundan səmərəli istifadə edəcəklər. Bu da xalqların və ölkələrin inkişafında mühüm rol oynayacaq.

Tədbirdə həmçinin həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub.

Xatırladaq ki, 50-dən çox ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının direktoru Taleh Ziyəddinov və digər rəsmi şəxslər təmsil edirlər. 

Son xəbərlər

Orphus sistemi