Yuxarı
    Bağlamaq

    Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək

    Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti Tbilisiyə gedib© Report.az

    Tbilisi. 12 iyun. REPORT.AZ/ Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçiriləcək.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda iştirak etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 12-də Gürcüstan paytaxtına gəlib.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.

    Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi